Şrift:
SYSLAB təlim mərkəzlərində kursu bitirən daha 45 gənc işlə təmin edilib
31.07.2018 [09:34] - Gündəm, Sosial
Gəncə şəhərində və Masallı rayonunda fəaliyyət göstərən SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzlərində kursu bitirən daha 59 gəncdən 45-i işlə təmin edilib.

BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran ali təhsilli gənclərə SYSLAB metodologiyası əsasında müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsini nəzərdə tutur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, layihə çərçivəsində bir müddət öncə Bakı, Sumqayıt şəhərlərində də SYSLAB təlim mərkəzləri fəaliyyət göstərib, sonrakı mərhələdə isə Gəncə şəhərində və Masallı rayonunda belə mərkəzlər yaradılıb. Ötən müddətdə bu mərkəzlərdə ümumilikdə 700-dən çox gənc sahibkarlıq, sistemli biznes, ofis işi, şəxslərarası şəbəkələrin və işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdimetmə, işə qəbul üçün müsahibəyə hazırlanma və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlara yiyələniblər.

Onlardan artıq 600-dən çoxu və ya 86 faizə qədəri kurslarda qazandıqları bilik və bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunub.

Hazırda Gəncə və Masallı SYSLAB təlim mərkəzlərinə növbəti qruplar üzrə iştirakçıların seçimi aparılır.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed