Şrift:
Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 98 nəfər xəsarət alıb
01.08.2018 [09:56] - Gündəm, Hadisə
Meksikanın Duranqo ştatında “Aeromexico” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 98-i xəstəxanada yerləşdiriliblər.

RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Duranqo ştatının qubernatoru Xose Rosas Aispuro məlumat verib.

Hadisə Quadulupe Viktoriya adına beynəlxalq hava limanının yaxınlığında baş verib. Embraer 190 təyyarəsi uçma-enmə zolağından təxminən 300 metr aralıda yerə çırpılıb. Qəfil şiddətlənən küləyin hadisəyə səbəb olduğu bildirilir.

Qəza nəticəsində ölən olmayıb. Təyyarənin göyərtəsində 97-si böyük yaşlı, ikisi uşaq sərnişin və 4-ü ekipaj üzvü olmaqla 103 nəfər olub.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed