Şrift:
PKK-nın beş üzvü məhv edilib
01.08.2018 [11:14] - Gündəm, Hərb
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin Şırnak bölgəsində terror aktı törətməyə hazırlaşan beş PKK mənsubunu məhv edib.

Türkiyənin rəsmi informasiya mənbələri xəbər verir ki, PKK terrorçularının yeri və hərəkət istiqamətləri pilotsuz aparatlarla müəyyənləşdirilib.

Hakkarinin Yüksekova rayonunda isə PKK tərəfdarlarının əvvəlcədən yola quraşdırdıqları partlayıcının işə salınması nəticəsində Nurcan Karakaya və 11 aylıq körpəsi həlak olub. N.Karakaya övladı ilə birlikdə bölgədə hərbi xidmətdə olan həyat yoldaşına baş çəkməkdən geri qayıdarkən mülki maşında terrorçuların hədəfinə tuş gəlib.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed