Şrift:
Gürcüstanda keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub
02.08.2018 [09:21] - Xəbərlər, Borçalı
Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

Bu barədə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.

Bununla da seçkilərə rəsmən start verilib.

Məlumat üçün qeyd edək ki, bu il Gürcüstanda seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək və 6 ildən sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed