Şrift:
Azərbaycanlı qadın fəallardan siyasi məhbuslara dəstək – Qoşaçayda
03.08.2018 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəalların azadlığını tələb edən soydaşlarımızın sayı günü-gündən artır.

Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçayda Azərbaycan Milli Hərəkatının qadın fəalları əllərində plakatlar tutaraq azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

İranın Güney Azərbaycana qarşı apardığı siyasəti pisləyən qadın fəallar Siyamək Mirzayi, İbrahim Nuri, Kiyumərs İslami, Lətif Həsəni və s. kimi fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını istəyiblər.

Siyasi məhbusların sərbəst buraxılmasını tələb edən plakatlar fars və ingilis dillərində yazılıb.

Şəkillərdə göründüyü kimi, fəalların üzü təhlükəsizlik məsələləri ilə əlaqədar göstərilmir.

Azərbaycanlı qadın fəallardan siyasi məhbuslara dəstək – Qoşaçayda

Azərbaycanlı qadın fəallardan siyasi məhbuslara dəstək – Qoşaçayda
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed