Şrift:
Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
04.08.2018 [10:59] - Gündəm, Borçalı
Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu sözləri Acarıstan Muxtar Respublikası Hökumətinin yeni təyin olunmuş sədri Tornike Ricvadze Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə ilə görüşdə deyib.

Baş konsul Pərviz İsmayılzadə T.Ricvadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Batumidə olduğu qısa müddətdə şəhər sakinlərinin qonaqpərvərliyindən məmnunluğunu bildirib. Baş konsul, həmçinin Azərbaycan Respublikasının Naxçıvan şəhəri ilə Gürcüstanın Batumi şəhəri arasında siyasi, iqtisadi və turizm əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Bronxial astmadan əziyyət çəkən uşaqların Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsinin təşkil edildiyini bildirib.

T.Ricvadze Naxçıvan Muxtar Respublikası ilə inkişaf edən sıx əməkdaşlığı qeyd edib, Naxçıvan şəhərinə birbaşa reyslərin yaradılması planları barədə danışıb. O, ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed