Şrift:
“Traxtur”-“Nəssaci” oyununda hesab bərabər olub
04.08.2018 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası 18-ci super liqa yarışları çərçivəsində ev sahibliyi etdiyi birinci görüşü bərabər hesabla başa vurub.

Super liqa yarışlarının ikinci həftəsində “Traxtur” klubu Mazandaranın “Nəssaci” komandasını səhənd stadionunda qəbul edib. Cümə günü Təbriz vaxtı ilə saat 20:00-da keçirilən oyun 1:1 bərabər hesabla başa çatıb.

“Traxtur” oyunçusu Antoni Stokes 40-ci dəqiqədə hesabı açıb. Rəqib komandanın oyunçusu Məhəmməd Mehdi Nəzəri isə 66-cı dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib və bununla da qarşılaşma 1:1 bərabər hesabla yekunlaşıb.

Bu görüş İran Futbol Federasiyasının İnzibati Komitəsinin “Traxtur”un 7 ay əvvəlki görüşü ilə bağlı çıxardığı qərara görə boş stadionda keçirilib, “Traxtur” tərəfdarlarının stadiona daxil olmasına icazə verilməyib.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed