Şrift:
Azərbaycan nümayəndə heyəti Gürcüstanın bölgələrinin turistik imkanları ilə tanış olur
06.08.2018 [09:47] - Xəbərlər, Borçalı
Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Gəncə şəhərindən olan nümayəndə heyətimizin üzvləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar.

Nümayəndə heyətinin üzvləri ilə Marneuli meriyasında görüş keçirilib.

Meriyadan bildiriblər ki, görüşdə iki ölkənin regionları, eləcə də Azərbaycan ilə sərhəddə yerləşən Marneuli rayonu arasında əlaqələrin inkişaf perspektivləri, hər iki ölkənin turizm imkanları, qarşılıqlı əlaqələrin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, bu səfər və görüş “Goda icma təhsil mərkəzi”nin təşkilatçılığı ilə “Əməkdaşlıq və inkişaf naminə vətəndaş cəmiyyəti, Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrində turizmin inkişafı potensiyalının artırılması” layihəsi çərçivəsində reallaşıb.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Gəncə-Qazax və Kvemo Kartli beynəlxalq turistik marşrutunu yaratmaqla yanaşı, bölgədə əməkdaşlığı və mövcud potensialı inkişaf etdirməkdir.

Azərbaycan nümayəndə heyəti bir həftə ərzində Kvemo Kartli bölgəsində fəaliyyət göstərən yeddi bələdiyyəsinin hər birində olacaq, bölgələrin turistik imkanları ilə tanış olacaq, eyni zamanda Azərbaycanın turizm potensialı, bölgənin iqtisadi imkanları barədə məlumat verəcəklər.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 13 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed