Şrift:
Zərdab rayonunda 5 gün əvvəl itkin düşən şəxsin meyiti Kürdə tapılıb
20.10.2011 [14:45] - Hadisə
Azərbaycanın Zərdab rayonunda 5 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın Aran bürosunun xəbərinə görə, oktyabrın 15-də Zərdab rayon sakini, 1988-ci il təvəllüdlü Rzayev Şahmar Həsən oğlunun itkin düşməsi barədə ailə üzvləri tərəfindən rayon Polis Şöbəsinə müraciət olunub.
Polisin keçirdiyi axtarışlardan sonra 23 yaşlı Şahmar Rzayevin meyiti Kür çayının Zərdab rayonundan keçən hissəsində tapılıb. Mərhumun ruhi xəstə olduğu bildirilib.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed