Şrift:
Fransanın yeni prezidenti də “erməni yanlısı” çıxdı
09.07.2012 [11:49] - Siyasət
Fransanın yeni seçilmiş prezidenti Fransua Olland da sələfi Nikola Sarkozi kimi uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun hazırlayacağını bəyan edib.
Frans-Press agentliyinin yaydığı məlumata görə, bu barədə o, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının üzvləri ilə görüşündə bildirib.
Fransa prezidentinin mətbuat xidməti isə xatırladıb ki, belə bir qanun layihəsinin hazırlanması Ollandın seçkiqabağı vədlərindən biri olub və prezident bu vədini yerinə yetirmək fikrindədir.
Qeyd edək ki, F. Ollanddan əvvəlki prezident N. Sarkozi də 2011-ci ildə belə bir qanun hazırlayaraq Fransa Senatına təqdim etmişdi. Layihə Senatdan keçsə də, 2012-ci ilin fevralında Fransa Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdi. Konstitusiya Məhkəməsi bu qanunu vətəndaşların söz zadlığını pozan sənəd kimi qiymətləndirmişdi.
N. Sarkozinin və Senatın bu addımı Türkiyə ilə Fransa arasında münasibətlərin kəskin pisləşməsinə səbəb olmuş, Türkiyə hərbi, siyasi və iqtisadi sahədə Fransa ilə əlaqələri kəsmişdi.
Bu xəbər oxucular tərəfindən 1330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed