Şrift:
Xarici ölkələrdə 10 mindən çox Ukrayna vətəndaşı həbs və ya müxtəlif cinayətlərdə ittiham edilib
07.08.2018 [09:45] - Gündəm, Hüquq
Dünyanın müxtəlif ölkələrində 10 mindən çox Ukrayna vətəndaşı müxtəlif növ cinayətlər üzrə həbs edilib və ya müxtəlif cinayətlərdə ittiham olunaraq saxlanılıb.

Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin dövlət katibi Andrey Zayats məlumat verib.

Onun sözlərinə görə, onların 6500-dən çoxu həbs cəzasına məhkum edilib. Bu rəqəm olduqca böyükdür.

“Xarici İşlər Nazirliyi ölkədən kənardakı bütün ukraynalılara kömək edir”, - deyə qurumun dövlət katibi əlavə edib.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed