Şrift:
Yanvar-iyun aylarında Bakıda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal edilib
08.08.2018 [09:33] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-iyun aylarında Bakıda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 0,1 faiz, tütün məmulatlarının istehsalı 95,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 63,2 faiz, geyim məhsullarının istehsalı 6,8 faiz artıb. Artım dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 2,6 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalında 0,6 faiz, kağız və karton istehsalında 18 faiz, poliqrafiya məhsullarının istehsalında 3,5 dəfə, mebel istehsalında 56,8 faiz təşkil edib.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed