Şrift:
Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub
09.08.2018 [09:26] - Xəbərlər, İdman
Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Avqustun 8-də keçirilən ikinci oyun günündə PAOK Yunanıstanda Rusiyanın “Spartak” komandasını (3:2), "Zaltsburq" Avstriyada Makedoniya "Şkendiya"sını (3:0) məğlub edib. "Seltik" isə Şotlandiyada Yunanıstanın AEK klubu ilə hərəyə bir qolla kifayətləniblər – 1:1.

Avqustun 7-də keçirilən oyunların nəticələri isə belə olmuşdu:

"Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1

"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1

"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2

"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1

"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0

Cavab görüşləri avqustun 14-də oynanılacaq.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed