Şrift:
FHN-in dalğıc-axtarış qrupu dənizdə batmış şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər
10.08.2018 [09:19] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyindən (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə, ən yaxın xilasetmə məntəqəsindən 400 metr məsafədə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən bildiriblər ki, hadisə yerinə cəlb edilmiş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bu xəbər oxucular tərəfindən 13 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed