Şrift:
Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu
10.08.2018 [09:27] - Xəbərlər, İdman
Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Anadolu agentliyi xəbər verir ki, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.

Xatırladaq ki, Ramil Quliyev 2017-ci ildə London Dünya Çempionatında da eyni məsafəyə qaçışda qızıl medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 12 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed