Şrift:
Venesuela Prezidentinə sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb
10.08.2018 [09:38] - Gündəm, Hüquq
Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb.

RİA Novosti agentliyi xəbər verir ki, Venesuelanın daxili işlər naziri Nestor Reverol öz “Twitter” səhifəsində şübhəli bilinən şəxslərdən 8-nin saxlanıldığını yazıb.

Bundan əvvəl hökumət orqanları sui-qəsddə 19 nəfərin şübhəli olduğunu bildirib.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodrigesin sözlərinə görə, Nikolas Maduroya sui-qəsd zamanı yeddi qvardiyaçı yaralanıb. Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya Prezidenti Xuan Maneul Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi bu hadisəyə bağlılığı təkzib edib. Venesuela ABŞ və Kolumbiya hökumətlərindən bu ölkələrin ərazisində olan şübhəli bilinənlərin ekstradisiyası barədə xahiş edib.
Bu xəbər oxucular tərəfindən 13 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed