Şrift:
Muxtar respublikada bir ayda 1982 daşınmaz əmlak obyekti plana alınıb
10.08.2018 [09:47] - Xəbərlər, Mədəniyyət
Ötən ay muxtar respublikanın Şərur rayonunun Dəmirçi, Axura və Muğancıq-Müslüm, Babək rayonunun Zeynəddin, Araz və Nehrəm kəndlərində planaalma işləri aparılıb, 1982 daşınmaz əmlak obyekti plana alınıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən bildirilib ki, həmçinin Şərur rayonunun Ərəbyengicə, Qışlaqabbas, İbadulla, Vərməziyar və Tumaslı bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Sədərək rayonunun Qaraağac bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanıb. Ordubad rayonunda torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılıb, Aza və Üstüpü kəndlərində aşkar edilən qanun pozuntuları qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılıb.

İyul ayında muxtar respublika üzrə 396 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bu dövrdə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 47 daşınmaz əmlak obyektinə ünvan verilib, 77 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, 11 əmlak real bazar dəyərinə uyğun olaraq qiymətləndirilib, 124 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib.

Vətəndaşlara səyyar xidmətin davamı olaraq 8 yaşayış məntəqəsində 31 vətəndaşa xidmət göstərilib.
Bu xəbər oxucular tərəfindən 13 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed