Şrift:
Ukraynada 56 mindən çox sərxoş sürücü saxlanılıb
10.08.2018 [09:49] - Gündəm, Sosial
Bu ilin 7 ayında Ukraynada avtomobili sərxoş vəziyyətdə idarə edən 56 mindən çox sürücü barədə inzibati protokol tərtib edilib. Ukrayna Patrul Polisinin yaydığı məlumata görə, bunların arasında sərnişin avtobuslarının sürücüləri də var və onların sayı heç də az deyil. Ukrayna polisi sürücüləri məsuliyyətli olmağa çağırıb və bildirib ki, hesabat dövründə ölümlə nəticələnən yol qəzalarının bir hissəsi sürücülərin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəbindən baş verib.
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed