Şrift:
Çuğundurlarının pulunu ala bilməyən əkinçilər “Sulduz Şəkər Fabriki”nə girərək məsulları fabrikdən uzaqlaşdırıblar
10.08.2018 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sulzduzda çuğundur əkinçiləri məhsullarının pulunu ala bilmədikləri üçün “Sulduz Şəkər Fabriki”nə hücum edib, içəriyə daxil olduqdan sonra fabrikin məsullarını iş yerlərindən qovublar.

Azərbaycanlı əkinçilər məhsullarını bir il əvvəl fabrikə verib, şirkət həmin məhsuldan əldə olunan şəkəri satıb, lakin çuğundur sahiblərinin haqqını ödəməkdən imtina edir. Əkinçilər bu müddətdə dəfələrlə etiraz yığıncağı keçirib, heç bir şəkildə pullarını ala bilməyən əkinçilər sonda fabriki müvəqqəti ələ keçirmək qərarına gəliblər.

Videoda göründüyü kimi, etirazçılar fabrikin məsullarını çölə çıxartdıqdan sonra qapını bağlayıb, tələbləri təmin edilməyənədək məsulları içəri buraxmayacaqlarını bildiriblər.



Bu barədə Qərbi Azərbaycan Kənd Təsərrüfatı Sendikası Qurumunun İdarə Heyətinin rəisi Salman Qüdrəti “İlna” xəbər agentliyinə danışıb.

“Çuğunduru əkib-becərmək çox xərc tələb edir. Bu məhsulla məşğul olan əkinçilər hazırda borc içindədir. Ötən il satılan məhsulun pulu hələ ödəbilməyib. Görünür ki, qarşıdakı ildə də eyni problem yaşanacaq. Yaxın günlərdə isə məhsulun yığım vaxtıdır, bütün bunlar əkinçilərin nigaranlığına səbəb olur. Lakin bu problemlərə heç kim cavabdeh deyil. Söhbət fabriklərin mənafeyindən gedəndə, hər kəs onları müdafiə edir. Amma kimsə əkinçilərə və ümumiyyətlə zəif təbəqəyə fikir vermir”- deyə S.Qüdrəti qeyd edib.
Bu xəbər oxucular tərəfindən 15 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed