Şrift:
Həmədan əhalisi ana dilində təhsil tələb edir
10.08.2018 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Həmədan Əyalətinə qarşı həyata keçirilən asimimasyon siyasətinə baxmayaraq əhali hələ də milli kimliyini qoruyub saxlamaqda israrlıdır.

Məlumata görə, Həmədan Əyalətinin Bahar şəhərində rəsmi idarələrdən birinin binasına ana dilində təhsil tələb edən banner asılıb.

Şəhərin ən hərəkətli yerində nümayiş etdirilən bannerdə farsca “ana dilində təhsil almaq hər bir insanın təbii haqqıdır” sözü yazılıb. Bannerdə türk dilində yazılmış “Biz öz ana dilimizin rəsmi şəkildə öyrədilməsini istəyirik” cümləsi də gözə çarpır.

Azərbaycanın ən qədim bölgələrindən olan Həmədan Əyaləti İran rejiminin tətbiq etdiyi asimilasyon siyasətinin əsas hədəfində olan məntəqələrdən biridir. Bölgə əhalisinin əksəriyyətinin türk dilində danışmasına baxmayaraq Həmədan Teleradio Şirkətinin əyalət üçün yayımladığı bütün proqramlar fars dilindədir. Bu vəziyyət davam olaraq Həmədanın türk əhalisinin etirazına səbəb olur.

İran konstitusiyasının 15-ci maddəsinə görə fars dili ilə yanaşı yerli dillərin kütləvi informasiya vasitələrində istifadə edilməsi və məktəblərdə tədris olunması azaddır. Lakin İran rejimi hətta öz konstitusiyasında qeyd olunan qanunu belə icra etməkdən imtina edir. Bununla da onlarla milyon Azərbaycan türkünün ən təbii hüququ dövlət tərəfindən tapdalanır.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed