Şrift:
Savalan dağında kütləvi saxlanma: Onlarla azərbaycanlı fəal tutulub
10.08.2018 [12:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Savalan dağında onlarla azərbaycanlı milli-mədəni fəal İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvləri tərəfindən saxlanılıb.


“Sepah”ın təhlükəsizlik bölümü əməkdaşları tərəfindən tutulan fəallar naməlum istiqamətə aparılıb, onların harada saxlandığı məlum deyil.

GünAz TV-yə verilən məlumata görə, saxlanılan fəallardan yalnız bir neçəsinin kimliyi müəyyən edilib:
- Cavad Şokri (Duman)
- Məhəmməd və Rəsul Qövmzadə
- 9 yaşlı Elman və bacısı Aysuda
- Əhməd Nəsiri və iki azyaşlı qızı
- Aydın Zakiri
- Tohid Əmir Əmini
- Saleh Piçqanlu
- Rza İbrahimi
- Mustafa Pərvin
- Muctaba Pərvin
- Rəhim Noruzi
- Yusif Kari
- Mehdi Dustdar
- Əli Beyrami
- Babək Nikzad
- Yunis Quluzadə
- Hüseyn Rəxşani
- Mehdi Huşmənd

Hələlik fəalların hansı şəraitdə tutulduğu və saxlanma səbəbləri barədə heç bir xəbər yoxdur, bu haqda əlavə məlumat diqqətinizə çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 76 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed