Şrift:
"Ermənistanın daxilində gedən proseslər bir oyundur" ÖZƏL-MÖVQE
10.08.2018 [16:28] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistanın özünün xarici siyasəti yoxdur. Çünki, düşmən ölkə Rusiyanın əyalətidir və bu ölkənin xarici siyasətinin bir hissəsini təşkil edir. Sadəcə olaraq Ermənistan bəzi məqamlarda özünün qiymətini artırmaq, tələblərini həyata keçirmək üçün özünü Qərbə meyilli kimi aparmağa çalışır”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev deyib.O bildirib ki, bu gün Rusiya özü belə Ermənistandan imtina etsə, düşmən ölkə Rusiyadan ayrılmayacaq: “Rusiya ordusunu Ermənistandan zorla çıxarmağa çalışsa belə Ermənistan onların ayağına düşəcək. Çünki, düşmən ölkə bilir ki, onların gələcək taleyi Rusiyaya bağlıdır. Ermənistanı Azərbaycanın qərbində Rusiya yaradıb. Ermənistan Qərbə meyllilik göstərməklə müəyyən manevrlər etməyə çalışaraq, onlara önəm verilməsini, tələblərinin həyata keçirilməsini dair mesajlar vermək istəyir”.Deputatın sözlərinə görə, Rusiya Ermənistan son addımlarından qıcıqlansa da, müəyyən qulaqburması və ya bəzi tələblərini həyata keçirməklə onları yanında saxlamağa çalışacaq.F.Quliyev qeyd edib ki, bu gün Ermənistanın daxilində gedən proseslərin hər biri oyun xarakterlidir: “ Ermənistanın planları ortadadır. Onlar böyük Ermənistan iddiasındadırlar və bunu Rusiyanın köməyi ilə həyata keçirmək istəyirlər. Daxildə bəzi ziqzaqların olması da Rusiya kəşfiyyat xidmətlərinin işidir. Onlar hakimiyyət başında olanlara işarə edərək, əvəzolunmaz, özbaşına olmadıqlarını, xalqın etimadını da qazanmadıqları üçün istədikləri vaxt dəyişə biləcəklərini bildirməyə çalışırlar”.Düşmən ölkədə baş verənlərin birmənalı şəkildə Moskvanın planlaşdırdığı işlər olduğunu dilə gətirən deputat qeyd edib ki, burada Paşinyanın heç bir önəmi yoxdur və xalq da heç bir məsələni həll etmir.“Azərbaycan Prezidenti İlham Əliyev bəyanatlarında dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə etiraz etmədiyimizi bildirib və beynəlxalq təsisatların problemin həlli istiqamətində fəaliyyət göstərməsinə şərait yaradılıb. Əgər bu istiqamətdə heç bir addım atılmasa, o zaman Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərb yoluna əl atacaq. Bunun üçün bizim əlimizdə kifayət qədər hüquqi əsaslar var. Təkcə BMT-nin 4 qətnaməsi kifayət edir ki, biz hərbi əməliyyatlara başlayaq. Mənə elə gəlir ki, müəyyən zaman çərçivəsində bu əməliyyatlara başlamaq mümkündür və Azərbaycan bu addımı atacaq”, - deyə F. Quliyev əlavə edib.

sia.az
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed