Şrift:
Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 7-yə çatıb
11.08.2018 [10:58] - Gündəm, Hadisə
Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 7-yə çatıb.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xəbər verdiyimiz kimi, avqustun 10-da Naqano prefekturasında Yaponiya xilasetmə xidmətinə məxsus olan helikopter qəzaya uğrayıb. Helikopterin parçalarının yanında əvvəlcə səkkiz nəfər aşkar edilib. Şənbə günü heyətin doqquzuncu üzvü də tapılıb.

Qəzanın səbəbi kimi hava şəraitinin gözlənilmədən pisləşməsi göstərilir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 7 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed