Şrift:
“Qalatasaray” Türkiyə çempionatında mövsümün ilk turunun açılış oyununda səfərdə rəqibinə qalib gəlib
11.08.2018 [11:02] - Xəbərlər, İdman
Avqustun 10-da futbol üzrə Türkiyə Superliqasında 2018/2019-cu illər mövsümünün birinci turuna start verilib. Turun açılış oyununda ötən mövsümün çempionu "Qalatasaray" komandası səfərdə "Ankaragücü"nə 2:1 hesabı ilə qalib gəlib.

Matçın 7-ci dəqiqəsində ev sahibi komanda hesabı açıb. Lakin bundan on beş dəqiqə sonra İstanbul təmsilçisi Sərdar Əzizin qolu ilə oyunda hesabı bərabərləşdirməyə nail olub. Otuzuncu dəqiqədə “sarı-qırmızılar” 2:1 hesabı ilə qarşılaşmada önə keçiblər. Meydan sahiblərinin heyətində Bakeri Kone topu öz qapsından keçirib. Görüşün sonlarında isə Fatih Terimin komandası Eren Derdiyokun qolu ilə hesab arasındakı fərqi ikiyə çatdırıb - 3:1.

Beləliklə, "Qalatasaray" komandası Türkiyə Superliqasında mövsümün ilk matçında səfərdə "Ankaragücü"nü böyük hesabla məğlub edərək üç xala sahib olub.

Avqustun 11-də çempionluq uğrunda mübarizə aparan komandalardan "Fənərbağça" öz meydanında "Bursaspor"la, avqustun 12-də "Başakşehir" klubu "Trabzonspor"la, "Beşiktaş” isə "Akhisarspor"la qarşılaşacaq.

Xatırladaq ki, avqustun 5-də "Qalatasaray" Türkiyə Superkuboku uğrunda oyunda "Akhisarspor"a penaltilər seriyasında məğlub olmuşdu.

Qeyd edək ki, cari mövsümdən Türkiyə çempionatında mübahisəli epizodlarda videonəzarət sistemindən (VAR) istifadə edilməyə başlanılıb.
Bu xəbər oxucular tərəfindən 7 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed