Şrift:
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
11.08.2018 [11:04] - Xəbərlər, Sosial
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Rəsmi informasiya mənbələri xəbər verir ki, dövlət başçıları ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.

Prezidentlər, həmçinin Türkiyə ilə Rusiya arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi və energetika sahələrində əməkdaşlıq əlaqələrini yüksək dəyərləndiriblər. Dövlət başçıları Suriya böhranı ilə bağlı da fikir mübadiləsi aparıblar.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed