Şrift:
“Traxtur” tərəfdarları Tehrana yola düşdü
11.08.2018 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 10-da Tehranın Azadi stadionunda bu şəhərin “İqtiqlal” komandası ilə Təbrizin “Traxtur” takımı üz-üzə gələcək.

Yerli vaxtla saat 20:30-da başlayacaq oyun “Traxtur” üçün olduqca prinsipial qarşılaşma hesab olunur. Bu cəhətdən Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan “Traxtur” tərəfdarları doğma komandanı dəstəkləmək üçün paytaxt Tehrana yola düşüblər.

Bir çox “Traxtur” tərəfdarı ötən həftələrdə Rusiyada keçirilən Dünya Çempionatında İran millisində oynayan türkmən oyunçu Sərdar Azmunun görüntüləri ilə yola çıxıb. Türkmən oyunçu yarışlar zamanı sosial şəbəkələrdə fars irqçiləri tərəfindən təhqir edilmişdir, “Traxtur” tərəfdarları məhz bu səbəbdən ona dəstək nümayiş etdirir.

Sərdar Azmunun şəkilinin üstünə ““Traxtur”un türk sərdarı” sözü yazılıb.

Yayılan videolardan birində “Traxtur”un ərdəbilli tərəfdarı bütün türkləri Azərbaycan komandasına dəstək verməyə çağırır.



Cümə günü Azadi stadionunda keçiriləcək görüşdə çox sayda soydaşımızın tamaşaçı qismində oyunda iştirak edəcəyi gözlənilir.

“Traxtur” tərəfdarları Tehrana yola düşdü

“Traxtur” tərəfdarları Tehrana yola düşdü

“Traxtur” tərəfdarları Tehrana yola düşdü
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed