Şrift:
“Traxtur” tərəfdarları polis əməkdaşları tərəfindən döyülüb – Tehranda / VİDEO
11.08.2018 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 10-u yerli vaxtla saat 20:30-da Tehranın “İstiqlal” komandası Təbrizin “Traxtur” takımını Azadi stadionunda qəbul edib.

Super liqa yarışları çərçivəsində keçirilən görüşü izləmək məqsədi ilə “Traxtur” tərəfdarları Güney Azərbaycanın müxtəlif bölgələrindən Tehrana yola düşüblər. Onlar oyun başlamadan Azadi stadionunun qarşısına toplaşaraq böyük öndər Anatürkün məşhur sözü “Nə mutlu türküm deyənə” şüarını səsləndiriblər. Soydaşlarımız ötən həftələrdə Rusiyada keçirilən Dünya Çempionatında İran millisində oynayan türkmən oyunçu Sərdar Azmunun da şəkilini nümayiş etdiriblər. Sərdar Azmun yarışlar zamanı sosial şəbəkələrdə fars irqçiləri tərəfindən müxtəlif təhqirlərə məruz qalmışdır.



“Traxtur” tərəfdarları dövlətin Urmu gölü böhranına laqeyd münasibət bəslədiyinə də etiraz bildirib. Onlar stadionun qarşısında “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir” şüarını səsləndiriblər.

Tərəfdarlar oyundan əvvəl sevimli komandalarını belə döyüblər:İran üzrə futbol klublarının super liqa yarışlarının 3-cü həftəsində keçirilən görüş 3:0 hesabı ilə “İstiqlal”ın xeyirinə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed