Şrift:
Polis əməkdaşlarının hücumuna məruz qalan "Traxtur" tərəfdarlarından bir neçəsi yaralanıb
11.08.2018 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cümə günü Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” və Təbrizin “Traxtur” komandaları arasında keçirilən görüşdə Azərbaycan komandasının tərəfdarları polis əməkdaşlarının hücumuna məruz qalıb.

Məlumata görə, oyun başlamadan əvvəl onlarla “Traxtur” tərəfdarı döyülərək müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alan soydaşlarımızdan birinin bir neçə dişi qırılıb və dodağı partlayıb.

Polis əməkdaşlarının hücumuna məruz qalan "Traxtur" tərəfdarlarından bir neçəsi yaralanıb

Bir soydaşımız isə üz nahiyyəsindən xəsarət alıb. Yaralının vəziyyəti haqda danışan bir azərbaycanlı ruhani bütün bu təzyiqlərin Azərbaycan və türk kimliyi ilə bağlı olduğunu deyib.

Yayılan videolarda “Traxtur” tərəfdarlarına hücum edən polis əməkdaşlarının onlara qarşı aşağılayıcı və təhqiramiz ifadələr işlətdiyi görünür.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed