Şrift:
Savalan dağında tutulan fəalların hamısı azadlığa buraxılıb
11.08.2018 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 9-da Savalan dağı mərasimində tutulan azərbaycanlı milli-mədəni fəalların hamısı sərbəst buraxılıb.

Fəallar təxminən 24 saat saxlandıqdan sonra azad edilib.

Avqustun 9-da Savalan dağına çıxmaq istəyən onlarla azərbaycanlı fəal dağın ətəyindəki düşərgədə (pənahqah) təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Fəallar qeyd olunan məkana toplaşaraq mərasim keçiriblər. Mərasimdə şeir oxunub, çıxış edilib və gənc musiqiçi Aysuda Məhəmmədpurun ifasında aşıq mahnıları səsləndirilib.

Məlumata görə, mərasim başa çatdıqdan sonra avqustun 10-u yerli vaxtla saat 3:30-da polis əməkdaşları bir çox mülki geyimli məmurla birlikdə milli-mədəni fəalların toplaşdığı məkana hücum çəkərək onları yaxalayıb.

Fəalların yaxalanarkən polis əməkdaşları tərəfindən döyüldüyü bildirilir.

Saxlanılan fəallardan biri ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Meşginşəhr yaxınlığında yerləşən Lari (Lahrud) şəhərinin təcridxanasına aparıldıqlarını bildirmişdir.

Təxminən 24 saat saxlandıqdan sonra azadlığa buraxılan fəalların bəzilərinin kimliyi bundan ibarətdir:
- Aydın Zakiri
- Tohid Əmir Əmini
- Saleh Piçqanlu
- Rza İbrahimi
- Rəhim Noruzi
- Muctaba Pərvin
- Mustafa Pərvin
- Yusif Kari
- Mehdi Huşmənd
- Babək Nikzad
- Yunis Şokri
- Cavad Şokri
- Hüseyn Savalan
- Məhəmməd Qohumzadə
- Rəsul Qohumzadə
- Əhməd Məhəmmədpur
- Elman Məhəmmədpur
- Aysuda Məhəmmədpur
- Əhməd Məhəmmədpurun baldızı
Və...

Azərbaycan türk millətinin mədəniyyət, kimlik və ədəbiyyatını özünə qarşı təhdid kimi görən İran rejimi ən kiçik mədəni fəaliyyətlərə görə fəalları saxlayaraq məhkəmə qarşısına çıxarır.
Bu xəbər oxucular tərəfindən 13 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed