Şrift:
“Traxtur” tərəfdarları Azərbaycan bayrağı dalğalandırıb, bozqurd işarəsi tutublar – Tehranın Azadi stadionunda
11.08.2018 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” və Təbrizin “Traxtur” komandası arasında keçirilən görüş zamanı Azərbaycanın üçrəngli bayrağı dalğalandırılıb.

Bayraq həm stadionunun qarşısında həm də daxilində nümayiş etdirilib.



Təhlükəsizlik qüvvələri görüşlər zamanı Azərbaycan və Türkiyə bayraqlarının stadiona aparılmasına mane olmağa çalışır, buna baxmayaraq əksər görüşlərdə türk bayraqları dalğalandırılır.



Aşağıdakı videoda isə minlərlə “Traxtur” tərəfdarının bozqurd işarəsi tutduğu görünür.



“Traxtur”-“İstiqlal” görüşü avqustun 10-u Təbriz vaxtı ilə saat 20:30-da keçirilib, oyun 3:0 hesabı ilə “İstiqlal”ın xeyirinə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed