Şrift:
Bakı Metropoliteninin nümayəndələri Beynəlxalq elmi-texniki konfransda iştirak etmişlər
09.07.2012 [17:25] - İqtisadiyyat
Bakı Metropoliteninin nümayəndələri Rusiyanın Sankt-Peterburq şəhərində “Metro” Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Hidroizolyasiya, örtük və istilik izolyasiya materialları” mövzusunda 7-ci Beynəlxalq elmi-texniki konfransda iştirak etmişlər.
Metropolitendən bildirilmişdir ki, konfrans çərçivəsində MDB metropolitenlərinin tunel qurğuları xidmətlərinin rəislərinin görüşü də keçirilmişdir.
Konfransda yeraltı və yerüstü qurğularda hidroizolyasiya məsələləri müzakirə edilmiş, məruzələr dinlənilmiş, metropoliten qurğularının layihələndirilməsi və tikintisində yol verilən qüsurlar və onların aradan qaldırılması, gələcəkdə bu kimi halların baş verməməsi üçün görüləsi işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə ABŞ, Almaniya, Çin, İspaniya, Polşa və MDB ölkələrini təmsil edən bir sıra tikinti təşkilatlarının, elmi-tədqiqat institutlarının, müxtəlif hidroizolyasiya materiallarını hazırlayan şirkətlərin və metropolitenlərin nümayəndələri iştirak etmişlər.
Azərbaycanı tədbirdə Bakı Metropoliteninin tunel qurğuları xidmətinin rəisi Rizvan Bayramov və Tikilən Bakı Metropoliteni Müdiriyyətinin İstehsalat-texniki şöbəsinin rəisi Aftandil Bayramov təmsil etmişlər.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed