Şrift:
Türkmən oyunçu Sərdar Azmundan “Traxtur” tərəfdarlarına cavab
11.08.2018 [11:24] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Tatarıstanın “Rubin” komandasının oyunçusu, türkmən futbolçu Sərdar Azmun onun şəkilini qaldıran Təbrizin “Traxtur” komandasının azərbaycanlı tərəfdarlarına cavab verib.

O azərbaycanlı qardaşlarına İnstaqram səhifəsində təşəkkür mesajı yazıb: “İltifatınız üçün təşəkkür edirəm. Sizi çox sevirəm, dəyərli Azərbaycan əhalisi.”

S.Azmun onun şəkilini qaldıran “Traxtur” tərəfdarlarının görüntüsünü də paylaşıb. Həmin görüntüdə iki banner görünür. Bannerlərə “Traxturun türk sərdarı” və “Traxtur yalnız futbol komandası deyil, bir millətin kimlik harayıdır” sözləri yazılıb.

“Traxtur” tərəfdarları cümə günü sevimli komandalarının Tehranda “İstiqlal”la görüşü başlamadan əvvəl türkmən oyunçu Sərdar Azmuna dəstək vermək məqsədi ilə onun şəkilini nümayiş etdiriblər.

Ötən həftələrdə Rusiyada keçirilən Dünya Çempionatında İran millisində oynayan türkmən oyunçu yarışlar zamanı sosial şəbəkələrdə fars irqçiləri tərəfindən zəif çıxış etməkdə günahlandırılaraq təhqir edilmişdir. “Traxtur” tərəfdarları məhz bu səbəbdən ona dəfələrlə dəstək nümayiş etdirib.

İrqçilərdən bəziləri Sərdar Azmunu “axmaq türkmən” adlandırarq onun komandaya lazımsız olduğunu bildirmişdir. Bəziləri isə “S.Azmunun İranın milli komandasına etdiyini, hətta moğollar belə İrana etməyib!” deyə postlar paylaşmışdır.

Sərdar Azmun dünya çempionatından qayıtdıqdan sonra fars irqçilərinin təhqirlərinə dözməyərək ölkənin milli komandasından ayrılmağa qərar verdi və komanda ilə bir dəfəlik vidalaşdı.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed