Şrift:
"Keşlə" doğma meydanda "Sabah" klubuna minimal hesabla məğlub olub
13.08.2018 [10:09] - Gündəm, Bildiriş
Avqustun 12-də Topaz Premyer Liqasının 1-ci turunun növbəti oyunu keçirilib.

"ASK Arena"da "Keşlə" klubu çempionatın debütantı "Sabah" klubunu qəbul edib. Qarşılaşma "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın birinci hissəsinin sonunda vurulub. Belə ki, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Marko Deviç dəqiq yerinə yetirib. İkinci hissədə “Keşlə”nin oyunçuları təhlükəli vəziyyətlər yaratsa da hesab dəyişilməyib.

Beləliklə, Premyer Liqanın debütantı "Sabah" klubu ilk tura qələbə ilə başlayıb.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed