Şrift:
“Sumqayıt” klubuna məxsus “Kapital Bank Arena”da təmir işləri davam edir
13.08.2018 [10:19] - Gündəm, İdman
“Sumqayıt” futbol klubuna məxsus “Kapital Bank Arena”da təmir işləri davam edir.

Stadionun əsas meydançasının suvarma sistemi tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə arenaya qum səpilməsinə başlanılacaq. Arxa hissədə nəzərdə tutulan təbii örtüklü stadionda da eyni proseslər yerinə yetiriləcək, süni örtüklü yardımçı meydançanın isə asfalt qatı döşənilib, suvarma sistemi quraşdırılıb.

Qeyd edək ki, “Sumqayıt” komandasının ev arenası olan “Kapital Bank Arena” təmir işləri ilə əlaqədar bağlandığından, Topaz Premyer Liqasında 2018-2019-cu illər mövsümünün ilk turunda komandanın “Neftçi” ilə matçı “Dalğa Arena”ya keçirilib.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed