13.08.2018 [10:35] - Gündəm, Gənclik, Bildiriş
2018/2019-cu tədris ili üçün respublikamızın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 13-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisasların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
DİM-dən bildirilib ki, avqustun 13-ü saat 9:25-ə olan məlumata əsasən, 570 bakalavr elektron ixtisas seçimi ərizəsini təsdiqləyib. Boş qalan yerləri olan ixtisasların siyahısı “Magistr” jurnalının altıncı sayında dərc olunub.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiqləyə bilər. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |