Şrift:
Hindistanda yağışlar mövsümündə azı 774 nəfər həlak olub
13.08.2018 [12:32] - Gündəm, Hadisə
Musson yağışlarının başladığı vaxtdan indiyədək Hindistanın 7 ştatında əlverişsiz hava şəraiti azı 774 nəfərin ölümünə səbəb olub.

Xarici KİV-lər xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, təbii fəlakətdən ən çox ölkənin cənubunda yerləşən Kerala ştatı zərər görüb - burada 187 nəfər həlak olub. Həmçinin əlverişsiz hava Uttar-Pradeş ştatında 171, Qərbi Benqaliya ştatında 170, Maharaştra ştatında 139, Qucarat ştatında 52, Assam ştatında 45, Naqalend ştatında 8 nəfərin həyatına son qoyub. Leysan yağışları ümumilikdə 250 nəfərin də xəsarətlər almasına səbəb olub, 30 nəfər isə itkin düşüb.

Hazırda Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Sahil Mühafizə Xidməti və Təbii Fəlakətlərə Reaksiya Qüvvələri ölkənin müxtəlif rayonlarında vətəndaşların xilas edilməsi və musson yağışlarının nəticələrinin aradan qaldırılması üzrə müştərək əməliyyatlar keçirir.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed