Şrift:
BMT-nin Baş katibi Xəzərin statusu haqqında Konvensiyanı tarixi sənəd adlandırıb
14.08.2018 [09:44] - Xəbərlər, Siyasət
BMT-nin baş katibi Antonio Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.

TASS agentliyi xəbər verir ki, bu barədə A.Quterreşin mətbuat üçün yayılan bəyanatında qeyd olunub.

Baş katib bildirib ki, bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed