Şrift:
Güney azərbaycanlıların sevimli müğənnisinin konsert posterlərini cırıblar – Tehranda / VİDEO
14.08.2018 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran paytaxtı Tehranda irqçilər güney azərbaycanlıların sevimli müğənnisi Əli Pormehrin konsert posterlərini cıraraq ayaqlar altına atıblar.

Soydaşlarımızdan biri bu səhnəni əks etdirən video yayıb, videoda posterlərin ayaqlar altına atıldığı görünür.

Bu səhnədən narahat olan soydaşımız irqçilərin planlarını pozmaq məqsədi ilə hər kəsi Əli Pormehrin konsertinə dəvət edib.



Əli Pormehr Güney Azərbaycanın tanınmış müğənnilərindən biridir. Fars irqçiləri ona nə qədər nifrət edirsə, o azərbaycanlılar tərəfindən o qədər sevilir.

Müğənni ötən günlərdə Tehranın Azadi stadionunda keçirilən “Traxtur”-“İstiqlal” görüşündə tamaşaçı qismində iştirak edərək Azərbaycanın sevimli komandasını təşviq edib.



O İran televiziyasının “Fitilə” verilişində türklərin təhqir olunmasına etiraz olaraq məşhur “Mən türkəm” mahnısını ifa etdi, bu mahnı azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Əli Pormehrin konserti avqustun 17-də Tehranda “İranlıların himayişləri” salonunda keçiriləcək. Konsertdə Təbriz “Odlar” Rəqs Qrupu da iştirak edəcək.

Güney azərbaycanlıların sevimli müğənnisinin konsert posterlərini cırıblar – Tehranda / VİDEO
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed