Şrift:
Etirazlar nəticə verdi: Təbrizdə türk dilinə qarşı yönələn qurultayın münsiflər heyəti istefa verib
15.08.2018 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə türk dilinə qarşı yönələn “Müasir ədəbiyyatla üç nəsil” qurultayının keçiriləməsinə qarşı etirazlar artınca, türk bölümünün münsiflər heyəti üzvləri bəyanat yayaraq istefa verdiklərini açıqlayıblar.

Təbriz Bələdiyyəsinin təşəbbüsü ilə keçirilən qurultay türk dilinə qarşı yönəlib, məqsəd türk dilini zəif göstərərk onu təhqir etmək və fars dilini təbliğ etməkdən ibarət olub.

Bir neçə şair və yazıçı istisna olmaqda Qurultaya çox sayda şair və yazıçı dəvət olunub. Onların arasında İranın müxtəlif məntəqələrindən olan şairlər, hətta Əfqanıstandan dəvət olunan ədəbiyyatçılar var.

Hər kəsin bildiyi kimi, Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baher paniranist qüvvələrə bağlıdır, o hətta Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan tanınmış paniranist İsfəndyar Qarabağini incəsənət və mədəniyyət işləri üzrə özünə müşavir təyin edib.

Antitürk qüvvələrin bu ssenarisi Azərbaycan türklərinin geniş etirazına səbəb olub, bundan sonra sözügedən qurultayın türk dili bölümü üzrə münsiflər heyətinin üzvləri avqustun 13-də bəyanat yayaraq istefa verdiklərini açıqlayıblar.

“Qulamrza Rəzmi, Saleh Səccadi və Fərman Fərzi yaydıları bəyanatda önəmli məsələlərə toxunublar.

“Biz münsiflər heyətinə təyin olduğumuz zaman qurultaya çağırılan qonaqlar barəsində heç bir məlumatımız yox idi. Qonaqların siyahısı açıqlandıqdan sonra məlum oldu ki, təklif olunan siyahıda yer alan qonaqların yarıdan çoxu ləğv edilib. Ona görə də biz ədəbi camiənin tənqidləri və edilən digər etirazlara qoşularaq türk və fars dilləri üzrə dəvət olunan qonaqların sayı arasında böyük fərq olduğuna rəsmən etiraz edir, qurultayın heç bir mərasimində iştirak etməyəcəyimizi elan edirik”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Bəyanatda həmçinin qeyd olunub ki, türk və fars dilləri üzrə dəvət olunan qonaqlarla bağlı təqdim olunan siyahıya düzəliş edilməsi tələb olunub, lakin məsullar bu istiqamətdə heç bir dəyişiklik etməyiblər.

Türk dilinə qarşı yönələn qurultay avqustun 22-dən 16-dək Təbrizdə keçiriləcək.

Xatırladaq ki, ötən həftə Təbrizdə keçirilən “Məşrutiyyət fərmanının ildönümü” mərasiminə məşhur paniranist Cavad Təbatəbayi də dəvət edilmişdir, lakin onun çıxışı azərbaycanlıların geniş etirazı nəticəsində ləğv olunub
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed