Şrift:
Vanuatuda vulkanın fəallaşması ilə əlaqədar on minlərlə sakin təxliyə olunub
15.08.2018 [11:31] - Gündəm, Sosial
Vanuatu dövlətinə məxsus Oba adasında Monaro vulkanının fəallaşması ilə əlaqədar on minlərə sakin təxliyə olunub.

“Radio New Zealand” xəbər verir ki, bu barədə Vanuatunun iqlim dəyişmələri naziri məlumat yayıb.

Nazirin bildirdiyinə görə, Oba adasından 3000 nəfər Santo adasına, 2600 nəfər isə Maevo adasına təxliyə olunub. Digər sakinlər özləri adanı tərk ediblər.

Sakinlər hələ 2017-ci ilin sentyabrında, Monaro vulkanı ardıcıl püskürməyə başlayarkən müvəqqəti təxliyə olunublar. Cari ilin martından isə hakimiyyət orqanları Oba sakinlərini yaşayış yerlərini tamamilə tərk etməyə çağıraraq, onlara qonşuluqdakı adalara köçməyi təklif edib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed