Şrift:
Nil çayında qayıq qəzası nəticəsində 22 məktəbli həyatını itirib
16.08.2018 [09:05] - Gündəm, Hadisə
Avqustun 15-də səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində qayıq qəzası nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

Sudanın SUNA informasiya agentliyi xəbər verir ki, insident Misirlə sərhəddə yerləşən Nil əyalətində baş verib. Faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib.

Qəza zamanı katerdə 40 məktəblinin olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed