Şrift:
Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İsveçə qalib gəlib
16.08.2018 [09:14] - Xəbərlər, İdman
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

“G” qrupunda mübarizə aparan yığmamız İsveç komandası ilə qarşılaşıb.

Dərnəgül Voleybol Mərkəzində keçirilən görüş Azərbaycan millisinin 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10) hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Bu oyundan sonra Fərid Cəlalovun yetirmələri hesabına iki, İsveç isə bir xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyunda avqustun 18-də səfərdə Lüksemburq komandası ilə qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed