Şrift:
Angela Merkel: Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
16.08.2018 [09:18] - Gündəm, Siyasət
Avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Anadolu Agentliyi xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.

Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın qarşılıqlı səfərlər və görüşlərlə daha da möhkəmləndirilməsinin vacibliyi ifadə edilib.
Bu xəbər oxucular tərəfindən 138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed