Şrift:
Sorğu: Ukrayna vətəndaşlarının 70 faizdən çoxu prezident seçkilərində səs verməyə hazırdır
16.08.2018 [09:23] - Gündəm, Siyasət
Ukrayna vətəndaşlarının 70 faizdən çoxu martda keçiriləcək prezident seçkilərində səs verməyə hazırdır. Bu barədə “Sosial monitorinq” Mərkəzinin keçirdiyi sorğuda qeyd edilib.

Mərkəzin rəhbəri Dmitriy Dmitruk keçirdiyi mətbuat konfransında bildirib ki, sorğunun nəticələrinə əsasən Ukrayna vətəndaşlarının 71 faizi prezident seçkisində səs verməyə hazırdır. Yay aylarının olmasına baxmayaraq, bu, yüksək göstəricidir. Prezident seçkilərində səs verməyə hazır olanlar parlament seçkisindən daha çoxdur.

Sorğu Krım, Donetsk və Luqansk şəhərlərindən başqa Ukraynanın bütün bölgələrində aparılıb.

Qeyd edək ki, 2019-cu ilin martın sonlarında Ukraynada parlament və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.



Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed