Şrift:
Bu il Ukrayna sularında 900-ə yaxın insan boğularaq ölüb
16.08.2018 [09:25] - Gündəm, Sağlıq
Bu ilin əvvəlindən Ukrayna sularında 874 nəfər boğularaq ölüb, onlardan 88 nəfəri uşaqdır.

Bu barədə bu ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Hesabat dövründə suda boğulan 593 nəfər, o cümlədən 110 uşaq xilas edilib.

Son bir həftədə 81 nəfər suda boğulub.

Dövlət Xidməti əhalini istirahət edərkən təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.



Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed