Şrift:
Türkmənistan Azərbaycanla danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib
10.07.2012 [17:05] - Gündəm, Siyasət
Türkmənistan Xarici İşlər Nazirliyi “Kəpəz” yatağı (Türkmənistan “Sərdar” adlandırır) ilə bağlı danışıqlar prosesini davam etdirməyə hazırdır.

Bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Xarici işlər naziri Elmar Məmmədyarovun “Kəpəz” yatağı ilə bağlı mübahisəyə beynəlxalq arbitraj məhkəməsində baxılmasına dair məsələ ilə bağlı Türkmənistanın rəsmən Azərbaycan Respublikasına müraciət etməməsi barədə bəyanatını cavab olaraq Türkmənistan XİN bəyan edir ki, Azərbaycan tərəfinə dəfələrlə bununla bağlı notalar təqdim edilib.

“Türkmənistan bununla əlaqədar rəsmi diplomatik notalar göndərib. Rəsmi xəbərdarlıqlarda Türkmənistan bu məsələ ilə bağlı danışıqlar prosesini davam etdirməyə hazır olduğunu, amma ikitərəfli razılığın əldə olunması qeyri-mümkün olarsa, beynəlxalq məhkəmə və arbitraj instansiyalarına müraciət etmək hüququnu özündə saxladığını bildirib”.

Türkmənistan XİN onu da qeyd edir ki, 4 avqust 2009-cu ildə Türkmənistan və Azərbaycan arasında Xəzərin dibinin və yeraltı sərvətlərinin delimitasiyası məsələləri üzrə ölkənin rəsmi mövqeyini dərc edib. Orada, həmçinin beynəlxalq məhkəməyə müraciətin məqsədəuyğunluğu barədə qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed