Şrift:
İsveçrə Mərkəzi Bankı frankın dəyərinin artmasından narahatdır
17.08.2018 [09:44] - Gündəm, İqtisadiyyat
Son günlərdə İsveçrə frankının məzənnəsinin avro və digər valyutalara nisbətdə güclənməsi valyuta bazarlarında vəziyyətin həssas olaraq qaldığını göstərir və Milli Bank frankın məzənnəsinin aşağı salınması istiqamətində potensial addımları nəzərdən keçirir. Həmçinin digər valyutalara etimadını itirən sərmayəçilərin kütləvi şəkildə İsveçrə frankı alması ehtimalı da gündəmdədir.

İsveçrə Milli Bankının Direktorlar Şurasının üzvü Frits Tsurbrüqq bu barədə mətbuata verdiyi açıqlamada bildirib.

Bankir deyib ki, İsveçrə Milli Bankı ölkənin ixracata meylli iqtisadiyyatına dəstək olmaq üçün frankın məzənnəsinin mümkün qədər aşağı səviyyədə qalmasında maraqlıdır. Son günlərdə maliyyə bazarlarında qeyri-sabitlik nəticəsində İsveçrə frankı son bir ildə avroya nisbətdə ən yüksək dəyərinə (1 avro=1,12 frank) çatması da ölkənin məhsul ixracatı üçün təhlükə hesab edilir.

F. Tsurbrüqq qeyd edib ki, maliyyə bazarlarında vəziyyət bu cür davam edərsə, İsveçrə Milli Bankı frankın məzənnəsinin süni şəkildə aşağı salınması üçün tədbirlər görməli olacaq.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed