Şrift:
Urmiyədə işsizlik problemi kritik həddə çatıb – VİDEO
17.08.2018 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələri, hətta əyalət mərkəzlərində işsizlik problemi son həddə çatıb.

Urmiyədə əhalinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu aşağıdakı videodan təxmin etmək mümkündür.
Sosial şəbəkələrdə yayılan videoda danışdırılan bütün soydaşlarımız işsizlikdən məişət xərclərini təmin edə bilmədiklərini açıqlayıblar.



İran rejiminin dünya ölkələri ilə uzlaşmaması, terrorizmə dəstək verməsi, sistemin daxilindəki korrupsiya və s. kimi amillər ölkənin iqtisadi problemlərinin əsas səbəbləridir.

Mərkəzdən uzaq bölgələr, xüsusi ilə də Güney Azərbaycanda əhalinin iqtisadi durumu daha da ağırdır. Buna səbəb rejimin türk millətinə qarşı ayrı-seçkilik siyasəti həyata keçirməsidir.

“Sepah”a bağlı “Təsnim News” saytının yaydığı videoda Urmiyə əhalisinin nə qədər ağır yaşadığı məlum olur.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed