Şrift:
Misir yanvardan təbii qaz ixracını bərpa edəcək
17.08.2018 [10:31] - Xəbərlər, İqtisadiyyat
Misir gələn ilin yanvarından təbii qaz ixracını bərpa edəcək.

Xarici KİV-lər xəbər verir ki, Misir bu ilin oktyabr ayından etibarən isə daxili tələbatı ödəmək üçün təbii qaz idxalını dayandıracaq.

Misirin neft naziri Tarek El-Molla deyib ki, ölkəsi oktyabr ayından etibarən azalan daxili istehsal və artan enerji tələbatı ilə əlaqədar təbii qaz idxalını dayandıracaq: “Bu, təbii qazda özünü təminatın başlanğıcı olacaq və biz 2019-cu ilin yanvarından qaz ixrac etməyə başlayacağıq”.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed