Şrift:
Polis Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək
17.08.2018 [15:12] - Xəbərlər, Sosial
Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.

Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed